“HR PROGRESS” MMC Azərbaycan Respublikasının vətəndaşı tərəfindən təsis edilmiş, 06 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Bir Pəncərə” sistemi ilə qeydiyyata alınmış və fəaliyyətinə başlamışdır. Şirkətimiz “HR PROGRESS” MMC ticarət nişanı altında müstəqil şirkətlərlə çalışan yüksək təcrübəyə malik işçi heyəti ilə İnsan Resurslarına dair xidmətlər göstərir.
“HR PROGRESS” MMC artıq 20-yə yaxın kiçik, orta və böyük şirkətlərlə əməkdaşlıq edir. Əməkdaşlıq edilən bütün şirkətlər üzrə yüksək referansa malikdir. Fəaliyyətimiz dövründə görülən bütün işlərə tam zəmanət veririk.
- Müəssisədaxili nizam-intizam qaydalarına riayət etməyən işçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materiallar hazırlamaq, işçinin şirkətə vurduğu maddi ziyana görə Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndi və 205-ci maddəsinin 1-ci hissəsini əsas tutaraq əmək haqqından tutulmaları sənədləşdirmək,
- Struktur sxemini, ştat cədvəlini hazırlamaq və onlara dəyişikliklər etmək,
- Ştat cədvəlində mövcud olan vəzifələr üzrə “Vəzifə Təlimatı” hazırlamaq.
- Maddi məsul vəzifələr üçün “Tam maddi məsuliyyət Müqaviləsi” tərtib etmək,
- Əmrlərə əsasən yeni işə daxil olan, vəzifəsi dəyişilən və işdən azad edilən işçilərin aylıq tabellərini hazırlamaq,
- “Əmək qabiliyyətinin olmaması ilə bağlı”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı” vərəqdə işçinin əmək fəaliyyəti ilə bağlı məlumatları doldurmaq, rəsmi qaydada qeydiyyatını aparmaq.
- İnsan resursları üzrə rəsmi hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
- Əməkdaşlar üçün əmək haqqı kartlarını sifariş etmək, hazır kartları bankdan təhvil almaq və Sifarişçiyə təqdim etmək.
QEYD: İnsan resursları ilə bağlı təklif edilən bütün xidmətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, mövcud qanunvericiliyə, normativ hüquqi aktlara, qanunlara, qərarlara, sərəncamlara uyğun şəkildə aparılır.